Interposta.Info

Prezident Qurban İsmayılova mənzil hədiyyə etdi (VİDEO)

Ölkə
 10-05-2019, 09:47     10 586

Prezident İlham Əliyev Azərbaycanınxalq artisti Qurban İsmayılova ev hədiyyə edib. Bu barədə aktyorun özü ''Xəzər Xəbər''ə məlumat verib. O, hazırda Xırdalan qəsəbəsində kreditlə aldığı 36 kvadratlıq evində yaşadığını və yaxın zamanlarda Yasamal rayonu ərazisində yerləşən yeni evə köçəcəyini bildirib.

İzləyicilərin Xəzər TV də yayımlanan ''Ata ocağı'' serialından da yaxşı tandığı Azərbaycan xalq artisti Qurban İsmayılova prezident İlham Əliyev 3 otaqlı ev hədiyyə edib.

Bu barədə ''Xəzər Xəbər'' ə müsahibə verən xalq artisti preizdentə ev üçün təxminən 1 ay əvvəl müraciət etdiyini bildirib.

Artıq 2 gün əvvəl aktyora Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən 112 kvadratlıq yeni evin sərəncamı da təqdim edilib.

Artıq 40 ilə yaxındır aktyor kimi fəaliyyət göstərən Qurban İsmayılov bir çox film və tamalaşalarda baş rollarda oynadığını, amma son zamanlar Xəzər Tv də yayımlanan ''Ata Ocağı'' serialı ilə daha çox tanındığını bildirib.

Qurban İsmayılov son illər ölkəmizdə çəkilən serial və filmlərin sayının çoxaldığını və bunun da aktyorlara öz məharətlərini göstərmək üçün yaxşı meydan açdığını bildirib

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26