Interposta.Info

Vergi Məcəlləsində böyük dəyişiklik olacaq - Əcnəbilərlə müzakirə

Müxtəlif
 27-07-2018, 19:35     10 331

Vergi Məcəlləsinə böyük dəyişikliklər gözlənilir.

"XeberBiz" modern.az-a istinadla verdiyi xəbərə görə, dəyişikliklərlə bağlı müzakirələrə "Böyük dördlük” cəlb olunub.

Qeyd edək ki, "Böyük dördlük”də Deloitte (Birləşmiş Ştatlar) , PwC (Birləşmiş Krallıq) , ErnstYoung (Birləşmiş Krallıq), KPMG (Niderland) şirkətləri təmsil olunur.

Vergilər Nazirliyi sahibkarlıq təşkilatları ilə birgə çalışdığından, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklər üçün "Böyük dördlük”dən mütəxəssislər cəlb edib.

Hazırda dəyişikliklər hökumət tərəfindən müzakirə olunur. Müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq, eyni zamanda parlamentə təqdim olunacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26