Interposta.Info

Liya Bayramova işdən çıxarıldı

Müxtəlif
 18-04-2018, 00:34     10 427

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a faktı təsdiqləyərək bildirib ki, o, səhhəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.

Hazırda onu S.Əhmədova əvəz edir.

Liya Bayramova isə "Report"a açıqlamasında tutduğu vəzifədən getməsinin elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26