Interposta.Info

Sosial şəbəkələrdə həyəcan:

Gündəm
 11-06-2017, 02:36     890

Sosial şəbəkələrdə, xüsusilə, Votsapda Sumqayıtda baş verən kütləvi zəhərlənmənin sudan qaynaqlandığını iddia edən səsyazıları paylaşılır. Səsyazmada içməli suyun tərkibinə kanalizasiya axıntısının qarışdığı iddia olunub və insanlara laboratoriya nəticələri elan edilməyənə qədər çiy su içməmək tövsiyə edilib.

interposta.info
xəbər verir ki, Axar.az-a açıqlamasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova içməli su ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin əsassızdır olduğunu söylədi. O, narahatlığa heç bir əsas olmadığını bildirdi.

Qeyd edək ki, bu gün Sumqayıtda 119 uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər su içdikdən sonra zəhərləndiklərini bildiriblər.

Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26