Interposta.Info

Bakının bu ərazisində sürüşmə aktivləşdi

Müxtəlif
 31-01-2018, 09:07     10 402

Bayıl yamacından sonra Bakının başqa ərazilərində də sürüşmə zonaları aktivləşib. Zığ sürüşmə sahəsində də çatların parametrləri artıb. Təfərrütları təqdim edirik.

Bayıl yamacında tədqiqatların davam etdiyi bir vaxtda digər sürüşmə sahələrində də aktivlik artıb.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində bəzi əraziləri su basıb.

Rafiq Həsənovun sözlərinə görə Zığ sürüşmə sahəsində də çatların parametrləri artıb. Burada 100-dən çox ev, təsir zonasında yerləşir. Başqa sözlə desək köçürülmədikləri müddət ərzində onları təhlükə gözləyir. Məlumata görə sürüşmə sahələrində aktivlik ərazidə drenaj sisteminin olmamasıyla da əlaqədardır.

Hazırda isə Bayıl yamacında Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində mövcud problem dəyişməz olaraq qalır. Sürüşmə ilə bağlı aparılan hesablamaların nəticəsi həftə sonu bəlli olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26