Interposta.Info

Bayıl yamacı sürüşdü: evlər dağıldı - Təcili/Yenilənib

Ölkə
 10-02-2018, 16:06     10 452

Bu gün saat 14 radələrində Bayıl yamacında, sürüşmə baş verib.

Lent.az xəbər verir ki, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində - yuxarı tərəfdə torpaq uçqunu baş verib. Nəticədə bir neçə ev dağılıb, işıq dirəkləri aşıb. Ətrafda yaşayan insanlar təşviş içində təhlükəli zonadan uzaqlaşıb.

Qeyd edək ki, dünən axşamdan etibarən yağan qar sürüşmə riskini daha da artırıb.

Əlavə məlumat veriləcək.

“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

* * * *

Bakıda Bayıl yamacında sürüşmə baş verib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.

Yerli sakinlər APA-ya bildirblər ki, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.



interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26