Interposta.Info

2017-ci ildə sosial ədalətsizlik artıb

Müxtəlif
 23-01-2018, 09:27     10 350

İngiltərənin "Oxfam" xeyriyyə təşkilatı 2017-ci ildə dünya üzrə gəlirlərin bölünməsi məsələsində mövcud olan ədalətsizlik barədə məlumat yayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təşkilat sosial ədalətsizliyin artdığını bildirərək gəlirlərin 82%-nin dünyanın 1%-ni təşkil edən varlıların cibinə getdiyini açıqlayıb. Dünyanın kasıb olan 50%-nin gəlirlərində isə dəyişiklik baş verməyib. Sosial bərabərsizliyin dərinləşməsinin əsas səbəbləri arasında vergidən yayınma, şirkətlərin siyasi proseslərdə iştirakı, işçi hüquqlarının pisləşməsi, qənaət proqramları var.

Təşkilata görə, dünya sərvətinin yarısı cəmi 8 nəfərin əlində cəmləşib. Dünyada 2043 nəfər milyarder var və hər 10 milyarderdən 9-u kişidir. Qurum mövcud bərabərsizliyin aradan qaldırılması üçün dünyanın ən zəngin şəxslərinin sərvətinin kasıbların ümumi gəlirini keçməməsi üçün hökümətlərin çalışmasını məsləhət görüb.

İqtisadi Əlaqələr İntitutunun direktoru Mark Litlvud isə bu təklifin problemin həlli olmayacağını, yüksək vergilərin kasıb təbəqənin gəlirlərinə təsir etməyəcəyini deyib və qeyd edib ki, varlı şəxslər həm də daha çox vergi ödəyənlərdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26