Interposta.Info

Ən varlı insanlar bu ölkədə yaşayır

Ölkə
 27-10-2018, 18:17     10 490

Dünyanın 2158 milyarderinin ümumi sərvətinin məbləği açıqanıb.

Bu barədə İsveçrənin "UBS” bankının və "PwC” beynəlxalq xidmətlər şəbəkəsinin birgə hesabatında qeyd edilir.

Məlumata görə, ötən il 2158 milyarderin ümumi sərvəti 8,9 trilyon ABŞ dollarına bərabər olub. 2017-ci ildə Asiya qitəsindəki milyarderlərin sayı 25 faiz artıb. İndi onların ümumi sayı 637 nəfərdir. Nəticədə ilk dəfə Asiya milyarderlərinin sayı ABŞ-ı ötüb. Bu ölkədə milyarderlərin sayı 563 nəfərdir. Amma ABŞ-da yaşayan milyarderlər sərvətlərinin ümumi məbləğinə görə ilk sıradadırlar. Bir sözlə ən varlı insanlar ABŞ-da yaşayır.

Hesabata əsasən, keçən il Çində 55 nəfərin, ABŞ-da isə 53 nəfərin varidatı artıb və onlar milyarderlər siyahısına daxil olublar./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26