Interposta.Info

Azərbaycan milyonçularının sayı bilindi –

İqtisadiyyat
 4-03-2017, 13:15     559

Azərbaycan milyonçularının sayı bilindi –

Hazırda Azərbaycanda 6 min milyonçu yaşayır.

interposta.info “Haqqin.az” saytına istinadən xəbər verir ki, bu barədə informasiya “Nayt Frank” şirkətinin hazırladığı “Sərvət hesabatı-2017” hesabatında yer alıb.

Hesabata əsasən, 2016-cı il ərzində ümumi sərvəti 1 milyardı keçən şəxslərin sayı 60 nəfər artaraq 2024-ə çatıb. Dünyada ultramilyonçuların (sərvətləri 30 milyondan çox olanlar – red.) sayı isə 6340 nəfər artaraq 193490 nəfər olub.

Rusiya və MDB-də isə növbəti 10 il ərzində multimilyonçuların sayı 60% artacaq. Nəticədə 2026-cı ilə qədər Azrbaycan və Qazaxıstan milyonçuların sayına görə Rusiyaya çatacaq. Nəticədə ümumi regionda sərvəti 30 milyon dollardan çox olanların sayı 5170 nəfər olacaq.

Şirkətin ekspertləri zənginlərin şəxsi təyyarələrinə də toxunublar. Hesablamaya əsasən, 2006-cı ildən fərqli olaraq 2016-cı ildə Azərbaycanda şəxsi təyyarə sahiblərinin sayı 550%-dən çox artıb. Belə ki, 10 il əvvəl Azərbaycanda yalnız 2 şəxsi təyyarə olsa da, keçən il bu göstərici 30-a çatıb. Bu artım göstəricisinə görə isə Azərbaycan zənginləri dünya sıralamasında 4-cü yeri tutublar. Bu siyahıda ilk pillə Belarus zənginlərinə məxsusdur. Belə ki, 2006-cı ildə bu ölkədə 1 şəxsi təyyarə olsa da, 2016-cı ildə bu rəqəm 30-a çatıb. Nəticədə artım 1200% olub. Qazaxıstan da 600%-lik (2006-da 4 şəxsi təyyarəyə sahib olan ölkə zənginləri 2016-da bunu 28 təyyarəyə çatdıra biliblər – red.) artımla Azərbaycanı bir pillə qabaqlayıb.

Ən maraqlı məqam odur ki, Azərbaycanda son 10 ildə sərvəti bir milyondan çox olanların sayı ən azı iki dəfə artıb. 2006-cı ildə ölkədə 2700 milyonçu olduğu halda 2015-də bu rəqəm 5600, 2016-da isə 6 min nəfərə qədər qalxıb. Proqnoza əsasən, 2026-da bu rəqəm 9600 nəfərə qədər çoxalacaq.

Sərvəti 10 milyondan çox olanların (multimilyonçu) sırasında da artım müşahidə edilib. Belə ki, 2006-cı ildə Azərbaycanda 120 nəfər, 2015-də 240 nəfər, 2016-da isə 260 nəfər multimilyonçu olub. 2026-da isə bu rəqəm 420-yə qədər qalxacaq.

Ultramilyonçu (sərvəti 30 milyondan çox olanlar – red.) olan azərbaycanlıların sayı isə 2006-cı ildə 50 nəfər, 2015-ci ildə 90 nəfər, 2016-cı ildə 100 nəfər olub. 2026-cı ildə bu rəqəm 160-a çatacaq.

Sentamilyonçuların (sərvəti 100 milyon dollardan çox olanlar – red.) sayında da artım var. 11 il əvvəl Azərbaycanda cəmi 5 sentamilyonçu olub. 2015-də bu rəqəm 10, 2016-da isə 11 nəfərə qədər artıb. 10 il sonra isə şirkət Azərbaycanda 18 sentamilyonçunun olacağını iddia edir.

Hesabata əsasən, son 10 il ərzində ölkədəki zənginlərin sayı 122% artıb. 2015-2016-cı illərdə bu artım cəmi 8% olub. Şirkətin proqnozuna görə, bundan sonrakı 10 il ərzində zənginlərin sayı 60% artacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26