Interposta.Info

Yenidən dünyanın ən zəngin insanı oldu

Dünya
 17-02-2021, 08:59     618

"Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvətinin sayına görə İlon Maskı qabaqlayaraq yenidən dünyanın ən zəngin insanı olub.

"İnterPosta" xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb. Agentliyin qiymətləndirməsinə görə, Bezos Maskdan bir milyard dollar məbləğində varlı olub. Hazırda "Amazon” rəhbərinin sərvəti 191 milyard dollar təşkil edir.

"Forbes” jurnalının versiyasına görə, daha əvvəl "SpaceX” və "Tesla” şirkətlərinin başçısı İlon Mask planetin ən zəngin insanlarının reytinqində birinci yeri tərk edib. "Tesla”nın səhmlərinin enməsi səbəbindən Maskın sərvəti 4,5 milyard dollar azalaraq 190 milyard dollara düşüb.

Siyahının üçüncü yerində "Microsoft”un təsisçisi Bill Qeyts qərarlaşıb. Onun sərvətinin 137 milyard dollar olduğu ehtimal edilir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26