Interposta.Info

Koronavirusun milyardlar qazandırdığı insanlar müəyyənləşdi

Ölkə
 24-04-2020, 09:38     404

Cef Bezos və İlon Mask da daxil olmaqla, xeyli sayda amerikalı milyarder koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrana rəğmən son aylarda öz sərvətlərini milyardlarla dollar artırıblar. Bu barədə ABŞ-ın qeyri-həkumət təşkilatı olan Siyasi Araşdırmalar İnstitutunun açıqladığı hesabatda qeyd olunub.

Tədqiqatçılar bildirirlər ki, 2020-ci ilin 1 yanvar-10 aprel aralığında ABŞ-ın 170 milyarderindən 34-nün sərvəti on milyonlarla dollar artıb. Onların arasında 8 milyarderin varidatında 1 milyard dollardan yuxarı artım qeydə alınıb. Bu 8 nəfərin siyahısına “Amazon”un sahibi Cef Bezos, onun keçmiş arvadı Makkenzi Bezos, Zoom-un yaradıcısı Erik Yuan və Microsoft-un keçmiş rəhbəri Stiv Balmer də daxildir. Bundan əlavə, siyahıda Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask, biznesmen Con Alberto Sobrato, Coşua Harriş və Rokko Kommisso da var.

İnstitutu nümayəndələri qeyd edirlər ki, göstərilən dövrdə Cef Bezosun sərvəti 10 milyard dollar, 10-15 aprel aralığında isə daha 15 milyard dollar artıb.

İlon Maskın pulunun üstünı isə 5 milyard dollar gəlib. Bunun əsas səbəblərindən biri Tesla-nın süni tənəffüs aparatları istehsalına başlamasıdır. Dünyanın az qala bütün iş çevrəsinin istifadə etdiyi Zoom-un yaradıcısı Erik Yuan isə 2,58 milyard əlavə gəlir əldə edə bilib./Yeni Musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26