Interposta.Info

Dünyanın ən bahalı evinin sahibi bəlli oldu -

Müxtəlif
 19-12-2017, 07:32     10 544

Ölkəsində başlatdığı sui-istifadə istintaqı ilə dünyanın gündəminə oturan vəliəhd şahzadə Məhəmməd İbn Salmanın Fransada 300 milyon dollarlıq malikanəsi olduğu iddia edilib.

Publika.az xəbər verir ki, dünyanın ən bahalı evi statusuna sahib olan malikanə Kral 14-cü Luizin qəsridir.

“Nyu York Tayms” qəzetinin verdiyi məlumata görə, yaxın zamanda 500 milyon dollarlıq gəmi və Leonardo da Vinçinin 450 milyon dollarlıq “Salvador Mundi” adlı tablosunu alan Məhəmməd İbn Salman bu qəsri 2015-ci ildə adına keçirib.

Həmin dövrdə isə evi orta şərqli bir iş adamının aldığı açıqlanmış, lakin onun kimliyinə aydınlıq gətirilməmişdi. Qəzet bu xəbəri 13 milyon dollardan çox qiyməti olan sənədlərin toplandığı “Panama sənədləri”nə istinadən yayımlayıb.

“Fortuna” dərgisinin 2015-ci ildə dünyanın ən bahalı evi olaraq dəyərləndirdiyi qəsrdə 3000 şüşəlik şərab evi, kino zalı, açıq və qapalı hovuz, iki balet salonu, gecə klubu, kitabxana, akvarium otağı və 10 ədəd yataq otağı var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26