Dünyanın ən bahalı avtomobili təqdim olundu -

“Rolls-Royce” yeni “Sweptail” model avtomobilini təqdim edib.
interposta.info Publika.az-a istinadən xəbər verir ki, avtomobilin dəqiq qiyməti açıqlanmasa da, mütəxəssislər onun dünyanın ən bahalı avtomobili olduğunu bildirir. “Economic Times”in qiymətləndirməsinə görə, maşının qiyməti 17-20 milyon dollar çatır.
“Sweptail” ötən bazar İtaliyada düzənlənən “Concorso d'Eleganza” sərgisində publikaya təqdim olunub. “Rolls Royce” sərgiyə yalnız 1 modellə təşrif buyurub.
Avtokonserndən bildirilib ki, bu model unikal məhsulların kolleksiyaçısı, yaxta və təyyarə həvəskarı olan daimi müştərilərindən birinin 2013-cü ildəki müraciətinə əsasən ərsəyə gətirilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26