Interposta.Info

Azərbaycanlı repçi anasına 600 minlik avtomobil hədiyyə etdi (VİDEO)

Maqazin
 10-12-2021, 11:06     397

Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai qeyri-adi addımı ilə medianın diqqətini çəkib.

O, anasına "Rolls-Royce Dawn Black Badge" markalı bahalı avtomobil hədiyyə edib. O, bu haqda şəxsi instaqram səhifəsində məlumat verib.

Repçi anasının hər zaman belə bahalı maşın arzuladığını bildirib. Navai sosial şəbəkədə lüks avtomobilin görüntülərini də yayımlayıb.

Məlumat üçün bildirək ki, "Rolls-Royce Dawn Black Badge"in Rusiya avtomobil bazarındakı qiyməti 27 milyon 300 min rubldan (təxminən 630 min AZN) başlayır./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26