Interposta.Info

II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanılıb

Müxtəlif
 18-12-2017, 21:54     10 539

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər.
Müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova (əməkdar müəllim Kamilla Əmirova) İ.S.Bax “İki səsli invensiya”, F.Şopen “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova (professor Siala Sinamdzqvarişvili) L.V. Bethoven “Sonata №1” (fa minor) I hissə, F. Şopen “Etud №9” (fa monor), F. Şopen “Noktyurn” (mi minor) əsərlərini məharətlə ifa ediblər.
8 ölkədən 50 nəfərdən artıq iştirakçının qatıldığı bu müsabiqədə ölkəmizi təmsil edən Ləman münsiflər heyətinin qərarı ilə ən yüksək mükafata “Qran - Pri”yə, Fidan isə II dərəcəli diplom layiq görülüb.

interposta.info

II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanılıb
II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanılıb
II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanılıb
II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanılıb

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26