Interposta.Info

“ Müslüm Maqomayev gənclərin ifasında”

Müxtəlif
 30-12-2017, 07:33     10 787

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib.
Müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada ( vokal və estrada ) üzrə mübarəzə aparıblar.. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.
İlk öncə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb.
Vokal nominasiyasında müxtəlif yaş qruplarında 1-ci yerə M. Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əliyev Fikrət, Abbaslı İlyas, Həmzəyeva Səma, 2-ci yerə- G.Şaroyev adına 35 №-li 11 illik musiqi məktəbinin şagirdi Həsənzadə İsgəndər, 5 №-li uşaq incəsənət məktəbinin şagirdi Səfərli Aydan, Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Quluzadə Zeynəb, 3-cü yerə isə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əhməd Xəyal, Ağabəyli Mehriban, 33 №-li uşaq musiqi məktəbinin şagirdi Novruzov Əli layiq görülüblər.
Estrada ifaçılığı nominasiyasında: 1-ci yerə C.Hacıyev adına 3 №-li 11 illik musiqi məktəbinin şagirdi Məmmədov Emin, 2-ci yerə 24 №-li 11 illik musiqi məktəbinin şagirdi Həsənzadə Rəşad, 3-cü yerə T.Quliyev adına 12 №-li 11 illik musiqi məktəbinin şagirdi Baxşəliyeva Suel layiq görülüblər.
Sonda qaliblərin ifasında qala konsert təqdim olunub.

interposta.info

“ Müslüm Maqomayev gənclərin ifasında”
“ Müslüm Maqomayev gənclərin ifasında”
“ Müslüm Maqomayev gənclərin ifasında”
“ Müslüm Maqomayev gənclərin ifasında”
“ Müslüm Maqomayev gənclərin ifasında”
“ Müslüm Maqomayev gənclərin ifasında”

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26