Interposta.Info

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Müxtəlif
 10-05-2018, 18:02     10 645

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov qeyd edib ki, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyəti illərində onun təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi mədəniyyətə və incəsənətə marağın və bu sahədə biliklərin artırılmasına, gənc istedadların musiqi təhsili almasına diqqət ayırıb.
Sonra musiqi məktəbinin şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şerlər səsləndirilib.
Konsertdə məktəbin şagirdləri M.Maqomayev “Odlar yurdu”, T.Quliyev “Fantaziya”, Q.Qarayev “Səhər nəğməsi”, Ü.Hacıbəyov “Arazbarı”, F.Şopen “Ballada” İ.Brams “Macar rəqsi”, F.Mendelson “Prelüd”, C.Delioux “Kapriçço” kimi Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa ediblər.

interposta.info

Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin 95 illik  yubileyinə  həsr olunmuş konsert keçirilib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26