Interposta.Info

12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib

Müxtəlif
 5-03-2018, 18:43     10 649

Martın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirilib.
Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Macarıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Konsertdə dirijor-xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin iştirakı ilə məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və qərbi avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertin sonunda məktəbin şagirdi- Prezident təqaüdçüsü Fidan Hüseynova və xor kollektivlərinin IX respublika müsabiqəsinin qalibi olmuş böyük xor kollektivi Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.

interposta.info

12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib
12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib
12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib
12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib
12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib
12 nömrəli musiqi məktəbi hesabat konsertini təqdim edib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26