Interposta.Info

Musiqi məktəbində “Səslən tarım”

Müxtəlif
 9-12-2017, 07:41     11 125

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Səslən tarım” adlı tədbir çərcivəsində xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevlə görüş və ustad dərsi keçirilib.
İlk öncə ustad tarzən Ramiz Quliyev haqqında film nümayiş olunub.
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin musiqişünas- müəllimi Həqiqət Hüseynova açılış nitqi ilə çıxış edərək “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin həyat yolundan, onun musiqi dünyasından ətraflı danışıb. Bildirib ki, Ramiz Quliyev dünya şöhrətli Maestro Niyazi, Səid Rüstəmov, Rauf Abdullayev, Ramiz Məlik-Aslanov, Fəxrəddin Kərimov, Azad Əliyev, Teymur Göyçayev, Ağaverdi Paşayev, N.Nekrasov (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V.Haqnəzərov (Özbəkistan) və digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini məharətlə ifa edib.
Tədbirdə R.Quliyev məktəbin şagirdləri Tuncay Əliyev və Murad İbrahimli ilə ustad dərsi aparıb. Dərs zamanı tarzən şagirdlərə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar haqqında, muğam ifaçılığı və konsertmyetserlə iş barəsində ətraflı danışıb.
Məktəbin şagirdlərdən ibarət konsert proqramı təqdim edilib.
Sonra Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, A.Zeynallı adına Bakı Musiqi texnikumunun direktoru, əməkdar insəsənət xadimi, professor Nazim Kazımov, 15 nömrəli musiqi məktəbinin direktoru, əməkdar müəllim Nadir Babayev və 11 nömrəli musiqi məktəbinin direktoru Rövşən Məmmədov çıxış edərək tanınmış tarzən haqqında xoş xatirələrini bölüşüblər.
Ustad tarzən və məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayişə rəqsi”ni, “İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqs”, F.Şubertin “Serenada”, S.Fərəcovun “Rondoletto”, V.Adıgözəlovun “Qərənfil” və S.Rüstəmovun “Suita” əsərlərini duet şəklində məharətlə ifa ediblər.
Sonda xalq artisti, professor Ramiz Quliyev tədbirin təşkilində əməyi keçən hərkəsə öz minnətdarlığını bildirib.

interposta.info

Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”
Musiqi məktəbində “Səslən tarım”

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26