Interposta.Info

"Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik" - Zelenski
 

Manşet
 15-08-2024, 09:26     42 056

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraicətində bildirib.

"Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, - prezident deyib.

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

"Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir", - Zelenski vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26