Interposta.Info

Ukraynanın əks-hücumları cənub və şərqdə ciddi inkişaf edir - ISW

Dünya
 5-09-2022, 14:49     327

Ukrayna qoşunları Xerson vilayətinin qərb hissəsində bir neçə istiqamətdə irəliləyir və Donetsk vilayətində Seversk Donets çayının o tayındakı ərazilərdə möhkəmləniblər.

Bu barədə Qaynarinfo Müharibə Tədqiqatı İnstitutuna (ISW) istinadən xəbər verir.

"Ukraynanın əks-hücumları cənubda və şərqdə nəzərəçarpacaq dərəcədə inkişaf edir", - analitiklər qeyd edirlər.

ISW əks-hücumun sürətinin hər keçən gün kəskin şəkildə dəyişəcəyini ehtimal edir. Belə ki, Ukrayna silahlı qüvvələri aşağıdakıları etməyi planlaşdırır:

• rusiyalıları zəruri təhcizatlardan məhrum etmək;
• işğalçıların komandanlığını və nəzarətini pozmaq;
• düşmənin əhval-ruhiyyəsini zəiflətmək.

"Rusiyalılar vaxtaşırı əks-hücuma keçəcək və itirilmiş mövqelərin bir hissəsini geri alacaq və əlbəttə ki, azad edilmiş yaşayış məntəqələrinə və irəliləyən Ukrayna qüvvələrinə şiddətli artilleriya və hava hücumları həyata keçirəcək", - MTİ qeyd edib.

Analitiklər əlavə ediblər ki, Ukrayna qüvvələri indiyədək Kremlin nikbin ritorikasına çox diqqət yetirən rusiyalı bloggerlərdən daha real şərhlər almağa başlamaq üçün əhəmiyyətli irəliləyiş əldə edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Donetsk vilayətində və cənubda üç yaşayış məntəqəsini azad etdiyini bildirib.

Sentyabrın 4-də sosial şəbəkələrdə işğal altında olan Xerson vilayətinin Vısokopolye yaşayış məntəqəsi üzərində Ukrayna bayrağının fotosu peyda olub. Lakin hələ də hərbçilərdən həmin yaşayış məntəqəsinin azad edilməsi ilə bağlı rəsmi məlumat yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26