Interposta.Info

Ukrayna müharibəsi Krımın azad edilməsi ilə başa çata bilər - Zelenski

 

Dünya
 10-08-2022, 15:16     307

Krım Ukraynanın olaraq qalır və Krımın azad edilib, Ukraynaya birləşdirilməsi olmadan Ukraynadakı müharibə bitməyəcək.

"İnterPosta" BBC-yə istinadən xəbər verir ki, bu sözləri Volodimir Zelenski 2014-cü ildə Rusiya tərəfindən qəsb edilməsinə toxunaraq bildirib.

Zelenski bu sözləri dünən axşam Krımdakı Rusiya aviabazasında silsilə partlayışlar barədə məlumatlardan bir neçə saat sonra çıxışında deyib.

Partlayışda bir nəfərin öldüyü bildirilir.

Ukrayna rəsmiləri hücuma görə Rsuiya silahlı qüvvələrinin məsuliyyət daşıdığını bildiriblər.

Bəziləri hücumun Ukrayna silahlı qüvvələri tərəfindən həyata keçirildiyini düşünür. Lakin Rusiya hərbi sursat anbarına heç bir hücum olmadığını bildirir


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26