Interposta.Info

Zelenski Rusiya ilə danışıqların bərpası üçün şərtini açıqladı

Dünya
 25-05-2022, 00:55     469

Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqları hansı halda bərpa edəcəyini açıqlayıb.

O, bəyan edib ki, Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq.

“Biz hər şeyi fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq, sülh, müharibənin dayandırılması və ərazilərimizin qaytarılmasını müzakirə edəcəyik”, - deyə Zelenski bildirib.

Zelenski Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd edib. Lakin hazırda əsas vəzifənin üç ay ərzində ələ keçirilən ərazilərin azad edilməsi olduğunu deyib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın tutduğu bütün torpaqları geri qaytarmağa qadirdir.Mənbə: rbc.ua

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26