Interposta.Info

Zelenski Ukrayna xalqının sağ qalmasının yeganə təminatçısını açıqlayıb
 

Dünya
 30-03-2022, 09:36     437

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar prosesini şərh edib. Dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu gün sağ qalmağın yeganə təminatçısıdır.

Bu barədə videomüraciətində bildirib.

"Ukraynanın müdafiəsi indi birinci dərəcəli vəzifədir və qalan hər şey bunun törəməsidir. Mən Rusiya Federasiyasının nümayəndələri ilə müxtəlif səviyyələrdə davam edən danışıqlar prosesi ilə bağlı hesabatları məhz bu əsasda nəzərdən keçirirəm. Onlar hələ də ərazimizdədir. Şəhərlərimizin atəşə tutulması davam edir, Mariupol mühasiyərə alınıb. Raket və hava zərbələri dayanmır".

Dövlət başçısı qeyd edib ki, bunlar reallıqdır: "Bunlar faktlardır. Ona görə də Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatı, dövlətin müdafiəsinə qoşulan hər kəs bu gün yaşamağımızın yeganə qarantıdır, xalq, dövlət olaraq.

Bəli, danışıqlar platformasından eşitdiyimiz siqnalları müsbət adlandıra bilərik. Lakin bu siqnallar Rusiya mərmilərinin partlayış səslərini boğmur”, - Prezident bildirib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26