Interposta.Info

Haluk Bayraktar Zelenski ilə görüşdü 
 

Ölkə
 19-08-2022, 13:19     362

"BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"İnterPosta" xəbər verir ki, bu barədə o, tviterdə bildirib.

"Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəman Prezidenti Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26