Interposta.Info

Qarabağın erməni sakinlərinin “Laçın” SBM-dən sərbəst keçidini sübut edən növbəti görüntülər - VİDEO

Manşet
 9-08-2023, 14:54     267

Avqustun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) növbəti sərbəst keçidi təmin edilib.

Bununla bağlı görüntülər Caliber.Az-ın yaydığı yeni videokadrlarda əks olunub.

Videogörüntülərdə mülki şəxslərin sənədlərinin və baqajlarının yoxlanılması prosesi əksini tapıb. Yoxlandıqdan sonra onların sərhəd-buraxılış məntəqəsindən sərbəst keçməsi təmin edilib.

Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26