Ermənilər “Laçın” SBM-dən maneəsiz keçiblər - VİDEO

Bu gün, iyulun 22-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə 31 nəfər erməni sakin Xankəndi-Gorus istiqamətində yola düşüb.
Məlumata görə, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət olunub.
Keçidin kadrlarını “Caliber” “Telegram” kanalı yayıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26