Interposta.Info

BQXK “Laçın” sərhəd-buraxılış məntəqəsindən 17 erməni sakini Ermənistana aparıb - YENİLƏNİB + VİDEO

Ölkə
 26-06-2023, 16:25     326

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) “Laçın” sərhəd-buraxılış məntəqəsindən 17 nəfəri Ermənistana aparıb.

Ermənistan KİV-in məlumatına görə, gün ərzində bundan öncə müalicə üçün aparılmış 17 nəfəri və onları müşayiət edən səkkiz şəxsi geri qaytarmaq planlaşdırılır.

13:52

Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə imkan yaradılıb.

APA xəbər verir ki, erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26