Interposta.Info

Laçında yeni quraşdırılan nəzarət-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü qoyuldu (FOTO)

Gündəm
 27-04-2023, 23:28     471

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü qoyulub.

Bu barədə sosial şəbəkələrdə görüntü yayılıb.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26