Interposta.Info

Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin ilk görüntüləri (VİDEO)

Gündəm
 24-04-2023, 09:43     476

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.

Bu barədə "İnterPosta"ya "Azərişıq” ASC-dən deyilib.

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26