Interposta.Info

Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı (VİDEO)

 

Ölkə / Manşet
 19-05-2023, 09:52     517

Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti növbəti dəfə çaşdırmaq məqsədi ilə yalan məlumat yayır.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Laçın-Xankəndi yolunda qurulmuş sərhəd-buraxılış məntəqəsindən BQXK avtomobillərinin buraxılmadığını və yayılmış videogörüntülərin guya köhnə olduğunu iddia edib.

"Report” öz növbəsində 18 may 2023-cü il tarixdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə BQXK-ya məxsus təcili tibbi yardım avtomobilinin keçidini əks etdirən görüntüləri təqdim edir.

Göründüyü kimi erməniəsilli şəxslər sərhəd-buraxılış məntəqəsindən heç bir maneə olmadan istifadə edirlər.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26