Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - YENİLƏNİB + VİDEO

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
“Report” xəbər verir ki, bununla bağlı iyulun 7-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
https://baku.tv/embed/89240
18:34
“Laçın” sərhəd-buraxılış məntəqəsindən Qarabağın erməniəsilli sakinlərinin sərbəst keçidi ilə bağlı yeni görüntülər yayılıb.
Görüntülərdə erməniəsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən sərbəst şəkildə, maneəsiz keçidinin təmin edildiyi əks olunub.
İnterPosta.info
https://baku.tv/embed/89241
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26