Interposta.Info

Sabunçu rayonunda ŞAM ağacları niyə kütləvi kəsilir - VİDEO

Manşet / Paradoks / Ölkə
 3-07-2017, 18:52     1 264

Sabunçu rayon ərazisində şam ağacları kütləvi kəsilməsi interposta.info-ın əməkdaşlarını hərakata gətirdi.

Bakı şəhər ərazisinə daxil olan rayonların İcra məmurları son günlər şam ağaclarına qənim kəsiliblər. Ekaloji baxımdan Bakı şəhəri üçün böyük əhəmiyyət kəsb edən, şam ağacları sözün əsil mənasında gözümüz önündə soyqırım günlərini yaşayır.

Sabunçu rayon ərazisində şam ağaclarının kütləvi kəsilməsi və iş adamlarının biznes maraqlarına qurban getməsinin şahidi olmuşuq.

Hal-hazırda 01.07.2017-ci il tarixdən etibarən Sabunçu rayon A.Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsi 10 ərazisində olan “Eldar Şamları” traktorlarla kökündən qopardılaraq və doğranaraq məhf edildiyinin şahidi olduq.

Video görüntüləri təqdim edirik:



Ərazidə aparılan işlərlə bağlı araşdırma aparmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidatı üzrə əməkdaşları ilə əlaqə saxladıq və məsələyə aydınlıq gətirmələrini istədik.

Qurum rəsmisi interposta.info-a verdiyi açıqlamanı olduğu kimi təqdim edirik:


Hörmətli redaksiya telefonla müraciətinizə cavab olaraq bildiririk, ki, Azərbaycan Respublikası Pezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində A.Bakıxanov qəsəbəsində R.Qəmbərov küçəsinin genişləndiriməsi ilə əlaqədar yol kənarında layihə altına düşən ağacların köçürülməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin müraciətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən müsbət rəy verilmiş və həmin ağaclar aidiyyatı üzrə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin mütəxəssisləri tərəfindən köçürülmüşdür və heç bir kənarlaşma olmamışdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26