Interposta.Info

Neftimiz neçəyə satılır?

İqtisadiyyat
 22-05-2024, 09:39     20 169

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.72 ABŞ dolları və ya 0.84% azalaraq 84.23 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 82,31 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26