Interposta.Info

Azərbaycan neftinin qiyməti 101 dollardan aşağı düşdü

İqtisadiyyat
 22-09-2023, 09:31     350

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.42 dollar və ya 0.42% azalaraq 100.78 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçersləri 93,88 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26