Interposta.Info

Neftin qiyməti 60 dollardan aşağı düşdü

İqtisadiyyat
 5-06-2019, 23:24     10 374

Brent tipli xam neftin qiyməti yanvarın 29-dan etibarən ilk dəfə bir barel üçün 60 dollardan aşağı düşüb.

Virtualaz.org bildirir ki, bu barədə RİA-Novosti xəbər yayıb.

Agentliyin məlumatına görə, Şimal dənizinin Brent markasının avqust fyuçerslərinin qiyməti 3,37% azalaraq 59,91 dollara düşüb.

Qeyd olunur ki, neftin başqa bir WTI markası üçün iyul ayı fyuçerslərinin qiyməti də 4,96% azalaraq 50,83 dollara enib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26