Interposta.Info

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat
 2-12-2023, 12:10     30 791


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.02 dollar və ya 1.21% artaraq 85.59 ABŞ dollarına yüksəlib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin yanvar fyuçersləri 78,88 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26