Interposta.Info

Azərbaycan nefti 3 dollardan çox bahalaşdı

İqtisadiyyat
 21-11-2023, 09:47     20 651


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.19 ABŞ dolları və ya 3.8% artaraq 86.86 ABŞ dollarına yüksəlib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin yanvar fyuçersləri 81,92 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26