Interposta.Info

Azərbaycan nefti neçə dollara satılır?

İqtisadiyyat
 1-08-2023, 11:44     378

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,26 ABŞ dolları və ya 1,4% artaraq 89,27ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin oktyabr fyuçersləri 85,56 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26