Interposta.Info

Azərbaycan nefti cüzi ucuzlaşdı

İqtisadiyyat
 20-05-2023, 09:48     298

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,2 % azalaraq, 78,81 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyul fyuçersləri 75,58 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26