Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
"İnterPosta"xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 0,91 % azalaraq 120,86 ABŞ dolları təşkil edib.
Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 115,23 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26