Interposta.Info

"Azeri Light"in qiyməti 92 dollardan aşağı düşdü

İqtisadiyyat
 31-10-2023, 09:39     17 240

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,6 dollar və ya 0,65% azalaraq 91,65 ABŞ dollarına enib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin dekabr fyuçersləri 87,81 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26