Interposta.Info

Ötən il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənib?

İqtisadiyyat
 22-01-2024, 19:50     26 558

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb.

İnterPosta.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin ehtiyat fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və yaxud 0,6 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və yaxud 8,3 %-i dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşüb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26