Interposta.Info

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

İqtisadiyyat
 19-08-2019, 20:05     10 443

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 12,5% çoxdur.

Son nəticədə büdcədə 667,2 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-iyun aylarının yekunu ilə müqayisədə 121,7 milyon manat çoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26