Interposta.Info

Büdcə kəsiri 546 milyon manata çatdı

İqtisadiyyat
 17-07-2019, 10:44     10 454

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 405,5 milyon manat, xərcləri isə 10 951 milyon manat təşkil edib.

"İnterPosta.info" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5% və 5,5% çoxdur.

Son nəticədə büdcədə 545,5 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-may aylarının yekunu ilə müqayisədə 118,7 milyon manat çoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26