Interposta.Info

 

Azərbaycanın dövlət borcu açıqlanıb

Siyasət
 15-07-2023, 18:42     240

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5%-i qədər olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, borcun 11 milyard 180,7 milyon manatı və yaxud 6 milyard 576,9 milyon ABŞ dolları xarici, 4 milyard 970,3 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-nin müvafiq olaraq 10%-i və 4,5%-i qədərdir.
Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5%-i bir illik, 54%-i iki və üç illik,17,5%-i isə beş və yeddi illik dövlət istiqrazlarının payına düşür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26