Interposta.Info

Gürcüstanın Azərbaycana bu qədər borcu var

İqtisadiyyat
 13-08-2020, 20:40     1 184

Gürcüstanın Azərbaycana olan borcunun məbləği 6,107 milyon ABŞ dolları təşkil edir.

"İnterPosta" Report-a istinadən verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Avqustun 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici borcu isə 6,5 milyard ABŞ dollara bərabərdir ki, bunun da 6,3 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 11,78 milyon ABŞ dolları, 46,019 milyon ABŞ dolları və 6,326 milyon ABŞ dolları təşkil edib.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (493,5 milyon ABŞ dolları), Fransa (558,2 milyon ABŞ dolları) və Yaponiya (216,4 milyon ABŞ dolları) yer alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26