Interposta.Info

“Bank Avrasiya”nın bu gəlirlərində kəskin azalma

İqtisadiyyat
 19-01-2024, 09:50     32 510

"Bank Avrasiya”nın 2023-cü ildə ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 896 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, 2023-cü ildə "Bank Avrasiya” nın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2022-ci illə müqayisədə 176 min manat, yaxud da 16,4 % azdır.

2022-cü ildə "Bank Avrasiya” nın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərinin məbləği 1 milyon 072 min manat olub.

Hesabat dövründə, "Bank Avrasiya”nın xarici valyutadan gəliri 273 min manat olub, bu, 2022-ci illə müqayisədə 502 min manat, yaxud da 64,7% azalma deməkdir.

2022-ci ildə bankın xarici valyutadan gəliri 775 min manat olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26