Interposta.Info

“AFB Bank”ın mənfəəti 3 milyon manatdan çox azalıb

İqtisadiyyat
 18-01-2024, 16:32     38 223

"AFB Bank” ASC 2023-ci ili 7 milyon 652 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 29,7%, yaxud da 3 milyon 232 min manat azdır.

Ötən il "AFB Bank”ın gəlirləri 30,332 milyon manat (əvvəlki illə müqayisədə 2,3% çox), xərcləri 23,733 milyon manat (18,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 3,528 milyon manat (9,5% az) təşkil edib.

Hesabat dövrünə "AFB Bank”ın aktivləri 330,668 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,1% çoxdur. Bunun 162,098 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 8,4% böyüyüb.

2023-cü ildə "AFB Bank”ın öhdəlikləri 25,7% artaraq 249,998 milyon manata, o cümlədən depozit portfeli 44,8% artaraq 168,256 milyon manata çatıb, balans kapitalı isə 3,4% azalaraq 80,669 milyon manata düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26