“AGBank” 3,2 milyon manat ziyanda - Bankın hesabatı
"AGBank” ASC bu ilin I rübünü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Azxeber.com maliyyə hesabatına istinadən xəbər verir ki, "AGBank” 3,224 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,4% çoxdur.
3 ay ərzində "AGBank”ın faiz gəlirləri 4,949 milyon manat, faiz xərcləri 4,804 milyonmanat, qeyri-faiz gəlirləri 6,4 milyon manat, qeyri-faiz xərcləri 8,814 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 952 min manat, gözlənilməz xərcləri isə 3 min manat təşkil edib.
Bu il aprelin 1-nə "AGBank”ın aktivləri 504,289 milyon manat olub ki, bu da illik müqayisədə 0,3% azdır. Bunun 236,484 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,3% kiçilib.
Hesabat dövründə "AGBank”ın öhdəlikləri 1,5% artaraq 460,414 milyon manata çatıb. Bunun 231,601 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 10,1% böyüyüb. O cümlədən fiziki şəxslərin depozitləri 12,7% artaraq 170,229 milyon manat, hüquqi şəxslərin depozitləri isə 3,5% artaraq 61,372 milyon manat olub.
Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 11,1% azaldaraq 40 milyon manata endirib.
İl ərzində "AGBank”ın balans kapitalı isə 16% azalaraq 43,875 milyon manata düşüb./https://agbank.az/site/assets/files/3730/m_z_az.pdf
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26